Xəbərlər


Dama üzrə respublika çempionatı keçirilib

Respublika Şahmat Mərkəzində 64 xanalı dama üzrə kişilər arasında Azərbaycan çempionatı başa çatıb. Dairəvi sistem üzrə keçirilən yarışda 12 idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun təmsilçisi, beynəlxalq usta Pərviz Həsənov ilk 9 oyunda 9 xal toplayaraq çempionluğu təmin edib. Ümumilikdə 11 oyuna 10 xal əldə edən idmançımız ölkə çempionatının qızıl medalına layiq görülüb.

Gənclər arasında keçmiş dünya çempionu Famil Kamilli 7 xalla 5-ci, 2017-ci ilin Bakı çempionu olmuş Əziz Hüseynov isə 5 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Pərviz Həsənov bu il oktyabr ayının 27-də Sankt-Peterburqda start götürəcək dünya çempionatında ölkəmizi təmsil edəcək.