Xəbərlər

Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu

Xəbər verdiyimiz kimi, "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə sentyabrın 11-də startı verilmiş neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına yekun vurulub. 31 müəssisədən 1238 iştirakçının qatıldığı Spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, "Neft Daşları” Neftqazçıxarma İdarəsi isə 3-cü yeri tutub.

Bu gün "Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. İlk öncə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək qalibləri qazandıqları qələbələr və qarşıdan gələn neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) münasibətilə təbrik etdi. O, XXV Spartakiadanın gedişatından və təntənəli surətdə keçirilən açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasından geniş söhbət açdı. Spartakiadanın ildən-ilə təkmilləşməsindən və növbəti illərdə daha da yaxşı təşkil olunacağından bəhs edən idarəetmə aparatının rəhbəri bu işdə iştirakçıların da böyük pay sahibi olduqlarını diqqətə çatdırdı. Bu sahədə daha çox işləmək lazım olduğunu söyləyən natiq neftçilər arasında keçirilən yarışların sayını daha da artırmağı tövsiyə etdi. O, bütün Spartakiada iştirakçılarına yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər dilədi və qalibləri təbrik etdi.

Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim olundu.

Tədbirin sonunda çıxış edən nümayəndələr Spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından minnətdarlıqlarını bildirdilər.
Spartakiadanın qaliblərinə mükafatlar təqdim olunduSpartakiadanın qaliblərinə mükafatlar təqdim olunduSpartakiadanın qaliblərinə mükafatlar təqdim olundu