Xəbərlər


Zelim Kotsoyev erməni cüdoçunu məğlub edərək Avropa çempionu oldu

Sloveniyada keçirilən gənc cüdoçuların Avropa birinciliyi başa çatıb.

Fərdi yarışların ikinci günündə "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirməsi Zelim Kotsoyev bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız Slovakiya, İsveçrə və Polşa təmsilçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici qarşılaşmada Kotsoyev Rusiyanı təmsil edən erməni əsilli idmançı Arman Adamyanı məğlubiyyətə uğradaraq qitə birinciliyinin qızıl medalına sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə klubumuzun daha iki cüdoçusu mükafata layiq görülmüşdü. Onlardan Hidayət Heydərov (73 kq) qızıl, Nəzakət Əzizova isə (52 kq) bürünc medala yiyələnmişdi.

Zelim Kotsoyev erməni cüdoçunu  məğlub edərək Avropa çempionu olduZelim Kotsoyev erməni cüdoçunu  məğlub edərək Avropa çempionu olduZelim Kotsoyev erməni cüdoçunu  məğlub edərək Avropa çempionu oldu