Xəbərlər


Daşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdi

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasında daha dörd idman növü – daşqaldırma, güllə atıcılığı, voleybol və stritbol üzrə yarışlar sona yetib.

Daşqaldırma idman növündə Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası bütün rəqiblərini üstələyib. "Neft Daşları” NQÇİ 2-ci, "Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü yeri tutub. Güllə atıcılığı yarışlarında kişilər arasında Neft Kəmərləri İdarəsi qalib adını qazanıb. Heydər Əliyev adına NEZ 2-ci, Geofizika və Geologiya İdarəsinin kollektivi isə 3-cü pillədə qərar tutub. Zəriflərin mübarizəsində Heydər Əliyev adına NEZ-in komandası liderliyi ələ keçirib. Neft Kəmərləri və "Qaz İxrac” idarələrinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər. Stritbol idman növündə "SOCAR Petroleum” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında isə bu uğura Heydər Əliyev adına NEZ-in təmsilçiləri imza atıblar. Kişilərdə "Qaz İxrac” İdarəsi ilə Heydər Əliyev adına NEZ, xanım iştirakçılar arasında isə Nəqliyyat İdarəsi və "Azərkimya” İB müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərar tutublar. Voleybol yarışlarında "Bos Şelf” komandası gərgin final görüşündə qələbə qazanaraq qalib adına yiyələnib. "Neft Daşları” Neftqazçıxarma İdarısi 2-ci, Heydər Əliyev adına NEZ isə 3-cü yerə layiq görülüb. Xanımlar arasında Heydər Əliyev adına NEZ-in kollektivi yenidən liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi 2-ci, "Azərkimya” İB-nin komandası isə 3-cü yerə çıxıb.
Daşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdiDaşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdiDaşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdi
Daşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdi
Daşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdi
Daşqaldırma, güllə atıcılığı, voleybol və stritbol yarışlarında da qaliblər müəyyənləşdi