Xəbərlər


Cüdoçumuz Hidayət Heydərov Avropa çempionu oldu

Sentyabrın 15-də Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyi start götürüb. 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) qatıldığı turnirdə yığma komandamız 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Yarışın ilk günündə "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış cüdoçularından ikisi mükafata layiq yerlər tutublar. Gənc cüdoçularımızdan 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün görüşlərdən qalib ayrılaraq Avropa birinciliyinin qızıl medalını qazanıb. Zərif cinsin nümayəndələri arasında 52 kq-da ölkəmizi təmsil edən Nəzakət Əzizova isə mötəbər turnirin bürünc medalına sahib olub.
Cüdoçumuz Hidayət Heydərov  Avropa çempionu olduCüdoçumuz Hidayət Heydərov  Avropa çempionu olduCüdoçumuz Hidayət Heydərov  Avropa çempionu oldu
Cüdoçumuz Hidayət Heydərov  Avropa çempionu oldu
Cüdoçumuz Hidayət Heydərov  Avropa çempionu oldu
Cüdoçumuz Hidayət Heydərov  Avropa çempionu oldu