Xəbərlər


Spartakiadada daha 5 idman növündə yarışlar başa çatdı

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası davam edir. Mötəbər yarışların beşinci günündə daha 5 idman növü (mini-futbol, stolüstü tennis, darts, nərd, kəndirdartma) üzrə mübarizələrə son verildi.

Mini-futbol yarışında "Suraxanı Oyl” ən güclü komanda adını qazandı. "Neftqaztikinti” Tresti 2-ci, "Qaz İxrac” İdarəsi isə 3-cü yerə sahib oldu. Stolüstü tennis növündə Heydər Əliyev adına Neft Emalı Zavodu liderliyə yüksəldi. Qaz Emalı Zavodu ilə "28 May” NQÇİ isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürdülər. Darts yarışlarında həm kişilər, həm də qadınlar arasında Neft Kəmərləri İdarəsi hamıdan üstün oldu. Kişilər arasında Bahar Enerji Əməliyyat Şirkəti və "28 May” NQÇİ, qadınlarda isə Heydər Əliyev adına NEZ ilə "Neft Daşları” NQÇİ müvafiq olaraq sonrakı pillələrdə qərarlaşdılar. Kəndirdartma idman növündə "Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası hamıdan güclü oldu. Finalda bu kollektivə məğlub olan Neft Kəmərləri İdarəsi 2-ci, Heydər Əliyev adına NEZ-in komandası isə 3-cü yerə çıxdı. Nərd yarışlarında da qaliblər müəyyənləşdi. "Boss Şelf” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, Nəriman Nərimanov adına Neftqazçıxarma İdarəsi isə 3-cü pillədə dayandı.
Spartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdıSpartakiadada daha 5 idman növündə  yarışlar başa çatdı