Xəbərlər


Spartakiadanın dörd günü arxada qaldı

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası öz işini davam etdirir. Klubumuzun təşkilatçılığı ilə keçirilən Spartakiadanın dördüncü günündə daha iki idman növü (şahmat və dama) üzrə qaliblər müəyyənləşib. Şahmat yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodu liderliyə yüksəlib. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, Nəqliyyat İdarəsi isə 3-cü yeri tutub. Dama idman növündə "Neft Daşları” Neftqazçıxarma İdarəsi qalib adını qazanıb. 2-ci və 3-cü yerləri isə bu növdə də müvafiq olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Nəqliyyat İdarəsi bölüşdürüblər.

Qeyd edək ki, mini-futbol, voleybol və stritbol yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma, stolüstü tennis, nərd və güllə atıcılığı üzrə yarışlara start veriləcək.

Xatırladaq ki, sentyabrın 11-də start götürmüş XXV Spartakiadaya ayın 17-də yekun vurulacaq.

Spartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldı