Xəbərlər


Spartakiadada daha 3 idman növü üzrə yarışlar start götürüb

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası davam edir. Qaradağ Təlim-İdman Bazasında təşkil olunan və 31 müəssisədən 1238 iştirakçının qatıldığı mötəbər yarışda iştirakçılar 14 idman növü üzrə mübarizə aparırlar.

Bu gün – Spartakiadanın üçüncü günündə daha üç idman növü – voleybol, şahmat və stritbol üzrə yarışlara start verilib.

Xatırladaq ki, artıq atletika, üzgüçülük və futtennis idman növləri üzrə yarışlara yekun vurulub, mini-futbol isə davam edir.

Qeyd edək ki, sentyabrın 14-də dama yarışlarına start veriləcək.

Spartakiadada daha 3 idman növü üzrə  yarışlar start götürübSpartakiadada daha 3 idman növü üzrə  yarışlar start götürübSpartakiadada daha 3 idman növü üzrə  yarışlar start götürüb
Spartakiadada daha 3 idman növü üzrə  yarışlar start götürübSpartakiadada daha 3 idman növü üzrə  yarışlar start götürüb
Spartakiadada daha 3 idman növü üzrə  yarışlar start götürüb