Xəbərlər

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirildi

Bu gün Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirildi. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya və dünya çempionları iştirak edirdilər.

İlk olaraq Spartakiadanın iştirakçı komandaları stadiona çıxdılar, yarışların baş hakimi Hicran Şərifov Təşkilat Komitəsinin rəhbərinə raport verdi.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik etdi: "Hər il neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadasının keçirilməsi xoş bir ənənəyə çevrilib. Bildiyiniz kimi, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. Respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində nəhəng işlər görülür, iri layihələr həyata keçirilir. Paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan dövlət siyasəti, atılan addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman mərkəzlərindən birinə çevrilməkdədir. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər bunun parlaq təzahürüdür.”

Rövnəq Abdullayev qeyd etdi ki, Azərbaycanda bədən tərbiyəsi və idmana olan maraq getdikcə artır: "Bu da Spartakiadanın daha geniş miqyas almasına təkan verib. Təbii ki, bu turnirlərin təşkil olunmasında əsas məqsəd neftçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunmasıdır. Neft, qaz və kimya sənayesi işçilərinin fiziki və mənəvi sağlamlığı SOCAR-ın əmək qələbələrinin əsasını təşkil edir. Şirkətimiz bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində fəallıq göstərir. Biz bu fəaliyyətimizi "Neftçi İdman Klubu” vasitəsilə həyata keçiririk. Ölkəmizdəki idman klubları arasında "Neftçi” həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır. Sevindirici haldır ki, bu tədbirdə iştirakçıların sayı ilbəil artır. Neft zəhmətkeşlərinin builki Spartakiadasında 14 idman növü üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır.”

SOCAR-ın prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində də "Neftçi İdman Klubu”nun danılmaz rolu olduğunu xüsusi vurğuladı: "Klubun yetirmələri ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edir, Azərbaycanın idman şərəfini qoruyur və müxtəlif səviyyəli yarışlardan bir qayda olaraq Vətənə medallarla dönürlər. Bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu oldu. Belə ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə "Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırdılar. Elə bu göstərici klubun Azərbaycan idmanı üçün nə qədər böyük önəm daşıdığını göstərir. İnanıram ki, "Neftçi İdman Klubu” bundan sonra da şərəfli ənənələrini layiqincə davam etdirəcək, yeni-yeni qələbələr qazanacaq.”

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açdılar. Bildirildi ki, paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Mərasimdə Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti xüsusi vurğulandı, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan geniş bəhs olundu.

Sonra idmançıların nümunəvi çıxışları oldu. Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etdilər.
 
Neft, qaz və kimya sənayesi işçilərinin  XXV Spartakiadasının açılış mərasimi keçirildiNeft, qaz və kimya sənayesi işçilərinin  XXV Spartakiadasının açılış mərasimi keçirildiNeft, qaz və kimya sənayesi işçilərinin  XXV Spartakiadasının açılış mərasimi keçirildiNeft, qaz və kimya sənayesi işçilərinin  XXV Spartakiadasının açılış mərasimi keçirildi