Xəbərlər


XXV Spartakiada davam edir

Xəbər verdiyimiz kimi, sentyabrın 11-də neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası start götürüb. 14 idman növü üzrə təşkil olunan yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Start” İdman Kompleksində, güllə atıcılığı üzrə isə Tofiq İsmayılov adına OTİK-də keçirilir.

Artıq atletika, üzgüçülük və futtennis idman növləri üzrə yarışlara yekun vurulub.

Atletikada 100 metr məsafəyə qaçışda kişilər arasında Elçin Məmmədov (Heydər Əliyev adına Neft Emalı Zavodu), qadınların yarışında isə Məryəm Ömərova (Qaz İxrac İdarəsi) finişə ən tez çatıb. Qaçaraq uzunluğa tullanmada "Qaz İxrac İdarəsi”nin nümayəndəsi Pərviz Əliyev, zərif cinsin nümayəndələrindən isə Neft Kəmərləri İdarəsinin təmsilçisi Sevinc Qədimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yerindən tullanma yarışında da Pərviz Əliyev hamını üstələyib. Marina Şabanova (Heydər Əliyev adına NEZ) isə xanımlar arasında ən yaxşı göstəriciyə sahib olub. Nüvəitələmədə kişilərdən Vüsal Əsədov (Neft Daşları NQÇİ), qadınlardan isə Təranə Hüseynova (Neft Kəmərləri İdarəsi) birinci olub.

Ailə komandaları üzrə oğlanlar və qızlar arasında keçirilən yarışların hər ikisində Sadıqovlar ailəsi (Heydər Əliyev adına NEZ) qalib adını qazanıb.

Üzgüçülük yarışlarında Stanislav Baykov (Dalğıc Qəza və Xilasetmə İşləri İdarəsi) qalib adını qazanıb. Rişad Zeynalovla (Heydər Əliyev adına NEZ) Kamran Babayev ("Neftqaztikinti” Tresti) isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər. Qadınlar arasında Neft Kəmərləri İdarəsinin təmsilçisi Aysel Hüseynzadə liderliyə yüksəlib. Olqa Okunyova (Neft Daşları NQÇİ) 2-ci, Janna Krasova ("28 May” NQÇİ) isə 3-cü yerə çıxıb.

Spartakiadada ilk dəfə keçirilən futtennis yarışında Heydər Əliyev adına NEZ-in Cavid Ələkbərov, Xalid Bayramov, Kamran Məmmədzadə və Tərlan Rüstəmovdan ibarət komandası qalib olub. Nəqliyyat İdarəsi (Samir Qarayev, Ehtiram Quliyev, Kənan Nuriyev, Anar Hacıyev) 2-ci, Neft Kəmərləri İdarəsinin komandası (Fərid Səttarov, Fərhad İmanquliyev, Elşad Rzayev, Yusif Yusifov) isə 3-cü yeri tutub.

Qeyd edək ki, sentyabrın 13-də spartakiadada daha üç idman növü –voleybol, stritbol və şahmat üzrə yarışlara start veriləcək.
XXV Spartakiada davam edirXXV Spartakiada davam edirXXV Spartakiada davam edir