Xəbərlər


12 yaşlılardan ibarət futbol komandamız beynəlxalq turnirin qalibi olub

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda müqəddəs Qurban bayramına həsr olunmuş beynəlxalq turnir keçirilib.

On iki yaşlı futbolçular arasında təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun komandası da mübarizə aparıb. İlk görüşdə Gürcüstanın "Saburtalo” komandasını 3:1 hesabı ilə məğlub edən komandamız növbəti oyunlarda "Qarabağ” (3:3) və "Səbail”lə (1:1) heç-heçə edərək yarımfinala yüksəlib. Bu mərhələdə "Neftçi” PFK ilə üz-üzə gələn futbolçularımız rəqibləri üzərində 1:0 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin ediblər. Həlledici qarşılaşmada Sumqayıtın eyniadlı komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz beynəlxalq turnirin qalibi adını qazanıb.

Klubumuzun U-11 komandası isə AFFA-nın və "Leon” Futbol Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən "Baku Cup”2017 turnirində iştirak edib. AFFA-nın təşkil etdiyi U-11 Liqasına hazırlıq məqsədi daşıyan turnirdə komandamız ilk görüşlərdə "Səbail”ə 8:1, "İnter”ə isə 5:2 hesabı ilə qalib gəlib. Sonrakı turlarda "Vətən”ə 2:5 məğlub olan komandamız "Leon”la heç-heçə edib – 1:1. Yarımfinalda "Qarabağ” komandasını 8:1 hesablı darmadağınla məğlub edən futbolçularımız finala yüksəliblər. Bu mərhələdə "Vətən” klubu ilə üz-üzə gələn komandamız 0:5 hesabı ilə məğlub olub və ikinci yeri tutub.