Xəbərlər


XXV Spartakiadaya start verildi

Bu gün «Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına start verilib.

Klubumuz ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində keçirilən Spartakiadadır.

Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası keçirilir. Tədbirdə 31 müəssisənin komandası iştirak edir. Bu mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadınlardır. Yarışlar Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə «Start» İdman Kompleksində, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək. Sentyabrın 11-də start götürmüş Spartakiada ayın 17-də öz işini sona çatdıracaq.

Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 12-də saat 16:00-da Qaradağ Təlim-İdman Bazasında təşkil olunacaq.

Qeyd edək ki, neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına mini-futbol, atletika və futtennis idman növləri ilə start verilib.

XXV Spartakiadaya start verildiXXV Spartakiadaya start verildiXXV Spartakiadaya start verildi
XXV Spartakiadaya start verildi
XXV Spartakiadaya start verildi
XXV Spartakiadaya start verildi
XXV Spartakiadaya start verildi
XXV Spartakiadaya start verildi
XXV Spartakiadaya start verildi