Xəbərlər


Qadın güləşçimiz Şəhanə Nəzərova dünya çempionu oldu

Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında güləş üzrə dünya birinciliyi davam edir.

Qızlar arasında keçirilən yarışda "Neftçi İdman Klubu”nun millinin heyətində yer almış güləşçisi, 38 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəhanə Nəzərova böyük əzmkarlıq nümayiş etdirərək dünya çempionu adını qazanıb. Xanım idmançımız ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyəyə, rusiyalı güləşçini isə 65 saniyəyə məğlub edib və finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada Ukrayna idmançısı Mariya Tomişiçlə üz-üzə gələn klubumuzun yetirməsi rəqibinə vaxtından əvvəl qalib gəlib və dünya birinciliyinin qızıl medalına sahib olub.

Xatırladaq ki, Şəhanə Nəzərova ötən ay yeniyetmələr arasında Avropa çempionu adını qazanmışdı.