Xəbərlər


Elmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılar

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlar başa çatıb. 134 ölkədən 794 idmançının (482 kişi, 312 qadın) mübarizə apardığı yarışda yığma komandamız 17 cüdoçu (9 kişi, 8 qadın) ilə təmsil olunub.

Fərdi yarışların sonuncu günündə Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu cüdoçuların hər ikisi "Neftçi İdman Klubu”nun yetirmələridir.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalına sahib olub. Üçüncü yer uğrunda görüşdə cüdoçumuz klubun digər yetirməsi Elxan Məmmədova qalib gəlib.

Qadınların yarışında ölkəmizi 78 kiloqramdan yuxarı çəkidə təmsil edən İrina Kindzerska mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medala yiyələnib.

Beləliklə, cüdo üzrə yığma komandamız Macarıstanda təşkil olunan dünya çempionatını 2 gümüş, 2 bürünc medal olmaqla, 4 medalla başa vurub ki, onların da hamısı "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur.

Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun idmançıları Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Ümumilikdə dörd medal qazanan Azərbaycan millisi dünya çempionatında komanda hesabında səkkizinci yeri tutub.
Elmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılarElmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılarElmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılarElmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılar
Elmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılar
Elmar Qasımov və İrina Kindzerska da dünya çempionatında medal qazandılar