Xəbərlər


Daha bir cüdoçumuz dünya çempionatının gümüş medalına sahib oldu

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Bu gün "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov 73 kq çəki dərəcəsində mübarizəyə qoşulublar. Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb. Bu mərhələdə kosovalı Akil Qjakovu ipponla məğlub edən Olimpiya mükafatçımız, ardınca Pyer Duprat (Fransa), Behruzi Xojazoda (Tacikistan) və Saiyinjiriqalaya (Çin) qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə koreyalı Çanqrim Anla üz-üzə gəlib və bu rəqibini də asanlıqla məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə məşhur yapon cüdoçusu Soiçi Haşimotoya məğlub olan Rüstəm Orucov dünya çempionatının gümüş medalına layiq görülüb.

Bu çəki dərəcəsində qalib və mükafatçılara medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib. 

Digər cüdoçumuz Hidayət Heydərov da çempionata 1/32 finaldan qoşulub. İlk görüşündə o, mərakeşli rəqibi Ahmed Əl-Meziatiyə ipponla qalib gəlib. Növbəti qarşılaşmada Rumıniya təmsilçisi Aleksandru Raykunu məğlub edən Heydərov, daha sonra kubalı Maqdiel Estradanı yarışdan kənarlaşdırıb. Dörddəbir finalda onun rəqibi təcrübəli Rusiya cüdoçusu Denis Yartsev olub. O, bu idmançıya da ipponla qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Hidayət yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb. Güclü rəqibi ilə bacarmayan idmançımız bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu qarşılaşmada o, Odbayar Qanbaatarla (Monqolustan) mübarizədən məğlub ayrılıb və mundialı medalsız başa vurub.

Xatırladaq ki, çempionatın ilk günlərində tatami üzərinə çıxan Orxan Səfərov da (60 kq) gümüş medal qazanmışdı.

Daha bir cüdoçumuz dünya çempionatının gümüş medalına sahib olduDaha bir cüdoçumuz dünya çempionatının gümüş medalına sahib olduDaha bir cüdoçumuz dünya çempionatının gümüş medalına sahib oldu