Xəbərlər


Cüdoçumuz Orxan Səfərov dünya çempionatında gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatına start verilib. 134 ölkədən 794 cüdoçunun (482 kişi, 312 qadın) mübarizə apardığı yarışda Azərbaycan millisi 17 idmançı (9 kişi, 8 qadın) ilə təmsil olunur.

"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış cüdoçusu Orxan Səfərov mundiala uğurla başlayıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz mübarizəyə ikinci mərhələdən qoşulub. O, ilk görüşdə bolqarıstanlı rəqibi Yanislav Qerçev, ikinci qarşılaşmada isə portuqaliyalı Qonsalo Mansinyo üzərində ipponla qələbə qazanıb. Növbəti görüşdə Qazaxıstan təmsilçisi, dünya və Asiya çempionu, Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yeldos Smetovu məğlub edən Səfərov yarımfinala yüksəlib. Bu mərhələdə Rio Olimpiadasının bürünc mükafatçısı, özbəkistanlı Diyorbek Urozboev ilə qarşılaşan idmançımız bu dəfə də rəqibi üzərində ipponla qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə o, dünya və Asiya çempionu, yaponiyalı Naohişa Takatoya məğlub olub və mundialın gümüş medalına sahib olub.

Klubun 48 kq çəkidə ölkəmizi təmsil edən qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar.
Cüdoçumuz Orxan Səfərov dünya çempionatında gümüş medal qazandıCüdoçumuz Orxan Səfərov dünya çempionatında gümüş medal qazandıCüdoçumuz Orxan Səfərov dünya çempionatında gümüş medal qazandı