Xəbərlər


Daha bir idmançımız Universiadanın qızıl medalına layiq görüldü

"Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasının qalibi olub. İdmançımız üçtəkanla uzunluğa tullanma yarışında 17,01 metr nəticə göstərərək bütün rəqiblərini arxada qoyub. O, ən yaxın izləyicisi olan Burkino Faso təmsilçisi Hugues Fabrice Zanqonu (16,97) dörd santimetr qabaqlayıb. Yaponiyalı Ryoma Yamomoto isə 16,80 metr nəticə ilə 3-cü yeri tutub.

Qeyd edək ki, Universiadanın əvvəlki günlərində klubumuzun yetirmələrindən cüdoçu Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Ayxan Tağızadə (68 kq) isə gümüş medal qazanmışdı.