Xəbərlər


Kikboksçumuz beynəlxalq turnirin qalibi adını qazandı

Sumqayıtda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq idman növünün K-1 versiyası üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib. "Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı altında təşkil olunan yarışda Azərbaycan, Gürcüstan və Pakistandan olan 20 peşəkar kikboksçu reytinq döyüşlərində mübarizə aparıb.

Klubumuzun yetirməsi, 57 kiloqram çəki dərəcəsində çıxış edən Camal Məmmədov Azərbaycan kəməri uğrunda görüşdə Nurlan Məmmədovu məğlub edərək beynəlxalq turnirin qalibi adını qazanıb.