Xəbərlər


Elvin Mürsəliyev dünya çempionatının bürünc medalına sahib oldu

Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın ilk günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

"Neftçi İdman Klubu”nun millinin heyətində ölkəmizi təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasov üzərində qələbə qazanıb. Növbəti qarşılaşmalarda Polşa təmsilçisi Edqar Babayan və mərakeşli Zied Aid Ouagramdan üstün olan Mürsəliyev yarımfinala yüksəlib. Bu mərhələdə Belarus güləşçisi Radzik Kulieu ilə gərgin keçən görüşdə hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Bürünc medal uğrunda mübarizədə bolqarıstanlı Daniel Aleksandrovu məğlubiyyətə uğradan idmançımız mundialı 3-cü pillədə başa vurub.