Xəbərlər


Cüdoçumuz Universiadanın qalibi oldu

Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında cüdo yarışları davam edir.

Universiadanın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, "Neftçi İdman Klubu”nun cüdoçusu, yarışda ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün qarşılaşmaları qələbə ilə başa vuraraq Universiadanın qalibi adını qazanıb. Qızıl medala aparan yolda idmançımız Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya təmsilçilərini məğlubiyyətə uğradaraq mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 32 ölkədən 300-ə yaxın idmançının qatıldığı Universiadaya avqustun 30-da yekun vurulacaq.