Xəbərlər


Samboçumız Ulyanovskda keçirilən festivalda çempion oldu

Avqustun 12-də Rusiyanın Ulyanovsk vilayətində start götürmüş MDB ölkələri milli idman növlərinin və oyunlarının birinci festivalı davam edir. Azərbaycanın da qatıldığı və 1000-dən çox idmançının yarışdığı mötəbər tədbirin proqramına Olimpiya və qeyri-Olimpiya idman növləri daxil edilib. Festivalda 70 dəst medal uğrunda mübarizə aparılır.

"Neftçi İdman Klubu”nun samboçusu, 62 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cavidan Qarayev festivalda böyük uğura imza atıb. Səhliman Ağayevin yetirməsi bütün görüşlərdən qalib ayrılıb və mötəbər yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, festivala avqustun 15-də yekun vurulacaq.