Xəbərlər


Boksçularımız beynəlxalq turnirdə mükafata layiq görüldülər

Belarusun paytaxtı Minskdə Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri sona çatıb. Gərgin mübarizə şəraitində keçən yarışda 15 ölkədən 100-dən çox kişi və qadın boksçu bacarığını nümayiş etdirib.

Klubumuzun millinin heyətində yer almış dəri əlcək ustalarından Pərviz Bağırov finala qədər irəliləməyi bacarıb. 69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız həlledici qarşılaşmadan məğlub ayrılıb və gümüş medala yiyələnib.

Qadın boksçuların yarışında isə klubun yetirməsi Anaxanım Ağayeva 51 kq çəkidə turnirin bürünc medalına sahib olub.