Xəbərlər


Türkan Nəsirova dünya ikincisi oldu

Finlandiyanın Tampere şəhərində təşkil olunan gənc güləşçilərin dünya birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun qadın güləşi üzrə yığma komandanın heyətində təmsil olunan yetirməsi, 48 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova mundialda böyük uğura imza atıb. Güləşçimiz dünya birinciliyinin gümüş medalına layiq görülüb. Finala gedən yolda idmançımız Avstriya və Türkiyə təmsilçilərini vaxtından əvvəl, Qazaxıstan və Tunis güləşçilərini isə böyük xal fərqi ilə məğlubiyyətə uğradıb. Həlledici görüşdə Yaponiya idmançısı ilə qarşılaşan Türkan Nəsirova rəqibinə məğlub olub və mötəbər yarışı 2-ci pillədə başa vurub.