Xəbərlər


Paracüdoçularımız Avropa çempionatında 7 medal qazandılar

İngiltərənin Valsall şəhərində paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib.

Ölkəmizi mötəbər yarışda "Neftçi İdman Klubu”nun 7 paracüdoçusu təmsil edib. Çempionatda mübarizə aparan bütün idmançılarımız uğurla çıxış ediblər və millimizin aktivinə 4 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırıblar. Klubumuzun təmsilçilərindən İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova rəqib tanımayaraq Avropa çempionu adını qazanıblar. Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medala sahib olublar.
Paracüdoçularımız Avropa çempionatında 7 medal qazandılarParacüdoçularımız Avropa çempionatında 7 medal qazandılarParacüdoçularımız Avropa çempionatında 7 medal qazandılar
Paracüdoçularımız Avropa çempionatında 7 medal qazandılar
Paracüdoçularımız Avropa çempionatında 7 medal qazandılar