Xəbərlər


Uşuçularımız dünya kubokundan medallarla döndülər

İyulun 28-də Gürcüstanın paytaxtı Tbilisidə startı verilmiş qarışıq döyüş növləri üzrə dünya kubokuna yekun vurulub. Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Rusiya, Qazaxıstan, Hindistan, Türkmənistan və Ermənistandan olan idmançılar qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu” turnirdə 14 yetirməsi ilə təmsil olunub. Uşuçularımızdan Ziya Məmmədov (sanda, 40 kq), Rahib İbrahimov (kikboksinq, 40 kq), Murad Bəhramzadə (kikboksinq, 48 kq), Rəşad Qəhrəmanov (kikboksinq, 56 kq), Məhəmməd Musayev (kikboksinq, 60 kq), Alim Kazımov (sanda, 70 kq), Heydər Qasımov (kikboksinq, 70 kq) və Rabil Kərimov (kikboksinq, +91 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələniblər. Yaşar Bayramov (sanda, 60 kq) 2-ci, Əli Məmmədov (sanda, 56 kq) isə 3-cü yeri tutub.

Kiçikyaşlı uşuçularımızdan 30 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Dünyamalıyev qızıl, Xəzər Xanmirzəyev (hər ikisi kikboksinq, 33 kq) isə gümüş medala layiq görülüb.

Klubumuzun uşu üzrə məşqçisi Rafət Əsədov yarışda "ən yaxşı məşqçi” nominasiyasının qalibi olub.
Uşuçularımız dünya kubokundan medallarla döndülərUşuçularımız dünya kubokundan medallarla döndülərUşuçularımız dünya kubokundan medallarla döndülər
Uşuçularımız dünya kubokundan medallarla döndülər
Uşuçularımız dünya kubokundan medallarla döndülər
Uşuçularımız dünya kubokundan medallarla döndülər