Xəbərlər


Güləşçimiz Şəhanə Nəzərova Avropa çempionu oldu

İyulun 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürmüş yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir.

Sərbəst güləşçilər arasında qaliblər müəyyənləşdikdən sonra qızlar bacarığını nümayiş etdirməyə başlayıb. "Neftçi İdman Klubu”nun milli komandamızın heyətində yer almış təmsilçisi, 38 kq çəki dərəcəsində mübarizə aparan Şəhanə Nəzərova qitə birinciliyində yüksək nailiyyət qazanıb. Belə ki, xanım güləşçimiz böyük əzm nümayiş etdirərək bütün rəqiblərini məğlubiyyətə uğradıb və Avropa çempionu tituluna sahib olub.

Qeyd edək ki, yeni qaydaların test edilməsi ilə keçirilən yarışa ayın 30-da yekun vurulacaq.
Güləşçimiz Şəhanə Nəzərova Avropa çempionu oldu