Xəbərlər


Taekvondoçularımız “UMID CUP” turnirində

Quba Olimpiya İdman Kompleksində keçirilən "UMID CUP” beynəlxalq taekvondo turniri başa çatıb. Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran və Gürcüstan təmsilçilərinin də qatıldığı yarışda 800-ə yaxın taekvondoçu mübarizə aparıb. Üç gün davam edən turnir 2008-2009, 2006-2007, 2003-2005 və 2000-2002-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında təşkil edilib.

"Neftçi İdman Klubu”nun iki taekvondoçusu beynəlxalq turnirin mükafatına sahib olub. 27 kq çəki dərəcəsində çıxış edən Elgün Mürsəlov və Hüseyn Süleymanov (36 kq) yarışın bürünc medalına layiq görülüblər.
Taekvondoçularımız “UMID CUP” turnirində