Xəbərlər


Gənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblar

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku keçirilib.

Azərbaycan cüdoçuları mötəbər yarışda böyük əzmkarlıq nümayiş etdiriblər və 4-ü qızıl, 5-i gümüş, 4-ü bürünc olmaqla 13 medala sahib olublar.

"Neftçi İdman Klubu”nun milli komandamızın heyətində yer almış yetirmələrindən beşi mükafatçılar sırasına düşməyə müvəffəq olub. İdmançılarımızdan Əhməd Yusifov (60 kq), Zelim Kotsoyev (100 kq) və Nəzakət Əzizova (52 kq) rəqib tanımayaraq Avropa kuboku yarışının qalibi adını qazanıblar. Musa Şəkərəliyev (100 kq) və Leyla Əliyeva (48 kq) isə mötəbər turnirin gümüş medalına layiq görülüblər.

Qeyd edək ki, 27 ölkədən 308 idmançının (177 oğlan, 131 qız) qatıldığı yarışda yığma komandamız 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.
Gənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblarGənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblarGənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblarGənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblarGənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblarGənc cüdoçularımız Çexiyada böyük uğura imza atıblar