Xəbərlər


Cüdoçularımız Avropa çempionatında 3 medal qazandılar

Belarusun paytaxtı Minskdə keçirilən cüdo üzrə açıq Avropa çempionatına yekun vurulub.

46 ölkədən 411 idmançının (285 kişi, 126 qadın) qalib adı uğrunda yarışdığı çempionatda Azərbaycan yığması 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub. Millimizin üzvləri mötəbər turnirin 2 qızıl, 1 gümüş və 1 bürünc medalını qazanıblar.

Əldə olunmuş medallardan üçünə "Neftçi İdman Klubu”nun təmsilçiləri sahib olublar. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə və Hidayət Heydərov (73 kq) bütün qarşılaşmalardan qalib ayrılıblar və Avropa çempionu adına layiq görülüblər. Qeyd edək ki, Hidayət Heydərov yarımfinalda Ermənistan idmançısı Arsen Qazaryan üzərində parlaq qələbə qazanıb.

Qadınların yarışında 78 kiloqramdan yuxarı çəkidə çıxış edən İrina Kindzerska isə Belarus paytaxtını bürünc medalla tərk edib.
Cüdoçularımız Avropa çempionatında 3 medal qazandılarCüdoçularımız Avropa çempionatında 3 medal qazandılarCüdoçularımız Avropa çempionatında 3 medal qazandılarCüdoçularımız Avropa çempionatında 3 medal qazandılarCüdoçularımız Avropa çempionatında 3 medal qazandılarCüdoçularımız Avropa çempionatında 3 medal qazandılar