Xəbərlər


Bu gün cüdo üzrə Azərbaycan millisi Minskə yollanıb

Cüdo üzrə milli komandamız Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra səfərə yollanıb. Cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək açıq Avropa çempionatında mübarizə aparacaqlar.

50 ölkədən 500-ə yaxın idmançının qatılacağı mötəbər yarışda ölkəmiz 16 cüdoçu ilə təmsil olunacaq.

Qitə çempionatında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçulardan 13-ü "Neftçi İdman Klubu”nun yetirmələridir: Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Elmar Qasımov, Elxan Məmmədov, Səkinə Zairova, Gülsədəf Kərimova və Kristina Jukovets.