Xəbərlər


İdmançılarımız dünya kubokunun qalibi oldular

Lənkəranda budo döyüş növü üzrə keçirilən dünya kuboku yarışında klubumuzun yetirmələri böyük uğura imza atıblar. Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Qazaxıstandan 400 idmançının qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçib. Peşəkarlar arasında təşkil olunan turnirdə "Neftçi İdman Klubu”nun təmsilçiləri Nicat Heydərov (75 kq) və Mehralı Qasımov (+95 kq) böyük əzmlə mübarizə apararaq dünya kubokuna sahib olublar.