Xəbərlər


Nazim Babayev Avropa çempionu oldu

Polşanın Bıdqoş şəhərində 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayev üç təkanla tullanma yarışlarında 17,18 metr nəticə göstərərək qitə çempionatının qızıl medalına sahib olub. Bu nəticə ilə o, həm də şəxsi rekordunu yeniləyib.

Qeyd edək ki, Avropada öz yaşıdları arasında birinci olan atletimiz böyüklərdə yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri qalır.

Xatırladaq ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionu olub. İdmançımız, həmçinin bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da qalibi adını qazanıb.