Xəbərlər


Qrossmeysterimiz Teymur Rəcəbov FİDE Qran-prisi mərhələsinin lideri oldu

"Neftçi İdman Klubu”nun qrossmeysteri Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilən FİDE Qran-prisinin üçüncü mərhələsinin qalibi olub. Şahmatçımız sonuncu – doqquzuncu turda ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşşiy ilə qarşı-qarşıya gəlib və görüş heç-heçə başa çatıb – 0,5:0,5. Turniri 6 xalla başa vuran Teymur Rəcəbov liderliyə yüksəlib. Yan Nepomnyaşşiy isə 5,5 xalla ikinci olub.

Qeyd edək ki, Qran-pri turniri dörd mərhələdə keçirilir. Mərhələ turnirləri üçün Birləşmiş Ərəb Əmirliklərinin Şarcə, Rusiyanın Moskva, İsveçrənin Cenevrə, İspaniyanın Palma-de-Malyorka şəhərləri seçilib. Birinci və ikinci yeri tutan qrossmeysterlər 2018-ci ildə iddiaçıların turnirində mübarizə aparacaqlar.