Xəbərlər


“Neftçi İdman Klubu” növbəti dəfə mini-futbol turniri keçirdi

“Neftçi İdman Klubu” SOCAR-ın neft, qaz və kimya sənayesinin işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol turniri təşkil etdi. Mayın 12-də Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim İdman Kompleksində start götürmüş yarış ayın 15-dək davam etdi. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 20 komanda mübarizəyə qoşulmuşdu.
Turnirin qalibi adını “Suraxanı Oil” komandası qazandı. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, Nəqliyyat İdarəsi isə 3-cü yeri tutdu.
Yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olundu.
“Neftçi İdman Klubu” növbəti dəfə mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” növbəti dəfə mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” növbəti dəfə mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” növbəti dəfə mini-futbol turniri keçirdi