Xəbərlər


Eltac Səfərli Fransada gümüş medal qazandı

"Neftçi İdman Klubu”nun qrossmeysteri Eltac Səfərli Fransada keçirilimiş şahmat üzrə 4-cü beynəlxalq open turnirdə gümüş medala layiq görülüb. Şahmatçımız 9 mümkün xaldan 8-ni toplayaraq turnirin qalibi adını qazanan Polşa təmsilçisi Mixail Krasenkovdan bir xal geri qalıb və əlavə göstəricilərə görə 2-ci olub.

Qeyd edək ki, Korsikada İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirdə 21 ölkədən 200 şahmatçı, o cümlədən 18 qrossmeyster mübarizə aparıb.
Eltac Səfərli Fransada gümüş medal qazandıEltac Səfərli Fransada gümüş medal qazandı