Xəbərlər


“Qaradağ Lökbatan” seleksiya məşqlərinə başladı

Növbəti mövsüm I Divizionda mübarizə aparacaq "Qaradağ Lökbatan” komandası hazırlıqlara start verib. Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan və seleksiya xarakteri daşıyan məşqlər 15 gün davam edəcək. İki həftə ərzində komandanın tam komplektləşməsi planlaşdırılır.

Seleksiya məşqləri başa çatdıqdan sonra futbolçularımız həmin məkanda daha 15 gün müddətinə təlim-məşq toplanışı keçəcəklər. Toplanışın növbəti 15 gününün isə xarici ölkələrdən birində davam etdirilməsi nəzərdə tutulub.