Xəbərlər


Sərbəst güləşçilərimiz Dağıstandan 3 medalla dönür

Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnirə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan sərbəst güləşçilərindən üçü ölkəmizə medal qazandırmağa müvəffəq olub. İdmançılarımızdan 57 kq çəki dərəcəsində mübarizə aparan Mahir Əmiraslanov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Klubun digər yetirmələri - Pərviz İbrahimov (57 kq) və Qalib Əliyev (61 kq) isə beynəlxalq turniri fəxri kürsünün üçüncü pilləsində başa vurublar.
Sərbəst güləşçilərimiz Dağıstandan 3 medalla dönür