Xəbərlər


Uşuçularımız hapkido yarışında qalib oldular

Hövsan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş hapkido üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 25 klubun 250-dən artıq idmançısı qüvvəsini sınayıb.

Klubumuz çempionatda 43 idmançı ilə təmsil olunub. Uşuçularımız yarışın 30 medalını (14 qızıl, 10 gümüş, 6 bürünc) qazanıblar və komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən Mustafa Məmmədov, Elcan Qasımov, Nicat Heydərov, Əli Məmmədov, Yaşar Bayramov, Heydər Qasımov, Məhəmməd Musayev, Alim Kazımov, Murad Bəhramzadə, İsamyıl Zeynalov, Rahib İbrahimov, Rəşad Qəhrəmanov, Fuad Zəkili və Nihad Quliyev qızıl medala layiq görülüblər.

Qeyd edək ki, çempionatın baş hakimi "Neftçi İdman Klubu”nun uşu üzrə məşqçisi Rafət Əsədov olub.
Uşuçularımız hapkido yarışında qalib oldularUşuçularımız hapkido yarışında qalib oldularUşuçularımız hapkido yarışında qalib oldular