Xəbərlər


Cüdoçularımız liderliyə yüksəldilər

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək gənc cüdoçular (U-23) arasında respublika birinciliyi başa çatıb. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.

"Neftçi İdman Klubu” ölkə birinciliyinə 33 yetirməsi ilə qatılıb. Böyük əzmkarlıq nümayiş etdirən gənc cüdoçularımız 6-sı qızıl, 3-ü gümüş, 5-i bürünc olmaqla 14 medala sahib olublar və komanda hesabında yarışın qalibi adını qazanıblar.

Cüdoçularımızdan oğlanlar arasında 60 kq çəkidə çıxış edən Əhməd Yusibov və Naim Hüseynov (73 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Qızların yarışında isə İrina Xubulova (48 kq), Leyla Əliyeva (52 kq), Səkinə Zairova (57 kq) və Nigar Cəfərova (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Cüdoçularımız liderliyə yüksəldilərCüdoçularımız liderliyə yüksəldilərCüdoçularımız liderliyə yüksəldilərCüdoçularımız liderliyə yüksəldilərCüdoçularımız liderliyə yüksəldilər
Cüdoçularımız liderliyə yüksəldilər