Xəbərlər


Yeniyetmə cüdoçularımız Avropa birinciliyində 2 medal qazandılar

Litvanın Kaunas şəhərində yeniyetmə cüdoçuların Avropa birinciliyinə yekun vurulub. 42 ölkədən 430 idmançının (234 oğlan, 196 qız) qatıldığı yarışda Azərbaycan yığması 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub. Yeniyetmələrimiz qitə birinciliyinin 1 qızıl, 3 gümüş və 1 bürünc medalına sahib olublar.

Əldə olunmuş medallardan ikisini "Neftçi İdman Klubu”nun millinin heyətində yer almış cüdoçuları ölkəmizə qazandırıblar. İdmançılarımızdan 66 kq çəki dərəcəsində mübarizə aparan Qnyaz Mahmudlu yalnız həlledici final görüşündə məğlub olub və Avropa birinciliyinin gümüş medalına layiq görülüb. Davud Abbaslı (60 kq) isə mötəbər turnirin bürünc medalına yiyələnib.
Yeniyetmə cüdoçularımız Avropa birinciliyində 2 medal qazandılarYeniyetmə cüdoçularımız Avropa birinciliyində 2 medal qazandılarYeniyetmə cüdoçularımız Avropa birinciliyində 2 medal qazandılar