Xəbərlər


Paralimpiyaçımız inanılmazı etdi

"Neftçi İdman Klubu”nun paralimpiyaçısı Gündüz İsmayılov (87 kq) Azərbaycan idman tarixində ilk dəfə olimpiyaçılarla yarışda iştirak edib. Bu inanılmaz hadisə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən pauerliftinq üzrə dünya çempionatında baş verib. Paralimpiyaçı pauerliftinqçimiz finala iranlı olimpiyaçılarla qalıb və rəqiblərinə qalib gələrək iki qızıl medala sahib olub.

Qeyd edək ki, yarışlarda iştirak etmək üçün əlil idmançımız özü müraciət edib.