Xəbərlər


İdmançılarımız kunq-fu yarışında

Hövsan Olimpiya İdman Kompleksində İslam Həmrəyliyi ilinə həsr olunmuş kunq-fu coriyo üzrə respublika çempionatı keçirilib. Taolu (fərdi komplekslər üzrə yarışma) növü üzrə təşkil olunan yarışda 100-dən çox idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu” çempionata 11 yetirməsi ilə qatılıb ki, onlardan da 9-u mükafata layiq yer tutub. 9-12 yaş kateqoriyasında İsmayıl Hacızadə 1 qızıl, 1 gümüş medal qazanıb. 12-15 yaşlı idmançılarımızdan İbrahim Məmmədov və Əli Babazadə hərəyə 1 qızıl, 1 gümüş, Turxan Məhərrəmov isə 1 qızıl və 1 bürünc medala layiq görülüb. Ruzi Vəliyev 15-18 yaş kateqoriyasında 4 qızıl və 1 gümüş medala yiyələnib. 18-35 yaşlı idmançıların yarışında Elnur Mahmudov iki dəfə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Yaşı 35-dən yuxarı olan idmançılar arasında Xalid Qasımov 1 qızıl, 3 gümüş, Fuad Cəfər isə 1 qızıl və 1 gümüş medala sahib olub.

Zərif cinsin nümayəndələrindən Aytən Vəliyeva (12-15 yaş) 3 qızıl medala layiq görülüb.
İdmançılarımız kunq-fu yarışındaİdmançılarımız kunq-fu yarışındaİdmançılarımız kunq-fu yarışında