Xəbərlər


Pərviz Bağırov dünya çempionatına lisenziya qazanıb

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun milli komandanın heyətində yer almış boksçusu, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov dörddəbir finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya qazanıb. İdmançımız avqustun 25-də Almaniyada start götürəcək mundialda iştirak etmək hüququna sahib olub.