Xəbərlər


Tural Səfquliyevdən daha bir uğur

"Neftçi İdman Klubu”nun cüdoçusu Tural Səfquliyev daha bir uğura imza atıb. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Meksikada təşkil olunan Kankun Qran-pri turnirində gümüş medala layiq görülüb. Çili, Rumıniya və ABŞ təmsilçiləri üzərində inamlı qələbə qazanan cüdoçumuz finala vəsiqəni təmin edib. Həlledici görüşdə ispaniyalı Nikoloz Şerazadaşviliyə məğlub olan klubun yetirməsi Kankun Qran-prisini 2-ci pillədə başa vurub.

Xatırladaq ki, Tural Səfquliyev bugünlərdə Rumıniyanın paytaxtı Buxarestdə 29 ölkədən 376 cüdoçunun qatıldığı açıq Avropa çempionatında qızıl medala sahib olmuşdu.