Xəbərlər


Güləşçilərimiz Tbilisidə 2 medal qazandılar

Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozianın şərəfinə Qızıl Qran-pri turniri keçirilib.

Klubumuzun yığma komandanın heyətində təmsil olunan iki sərbəst güləşçisi yarışın medalına layiq görülüb. Onlardan 61 kq çəki dərəcəsində mübarizə aparan Qalib Əliyev bütün qarşılaşmaları qələbə ilə başa vurub və turnirin qalibi adını qazanıb. Yarışda ölkəmizi 57 kiloqram çəkidə təmsil edən Mircəlal Həsənzadə isə gümüş medala sahib olub.