Xəbərlər


“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri və onların ailə üzvləri arasında "Atam, anam və mən” idman-turizm yarışı keçirdi. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yarış Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olundu. Üç gün davam edən yarışda (9-11 iyun) Heydər Əliyev adına Neft Emalı Zavodu, "28 May” NQÇİ, "Azərkimya” İstehsalat Birliyi, "Neft Daşları” NQÇİ və Neft Kəmərləri İdarəsinin komandaları iştirak edirdilər.

Ailə komandalarının yarışında oğlanlar arasında Xəlilovlar ailəsi ("Azərkimya” İB) liderliyə yüksəldi. Əsədovlar ailəsi ("Neft Daşları” NQÇİ) 2-ci, Gəncəliyevlər ailəsi (Heydər Əliyev adına NEZ) isə 3-cü yeri tutdu. Qızlar arasında Kərimovlar ailəsi ("Azərkimya” İB) qalib adını qazandı. Əsədovlar ailəsi ("Neft Daşları” NQÇİ) bu dəfə də 2-ci oldu. Rzayevlər ailəsi (Heydər Əliyev adına NEZ) isə 3-cü yerə çıxdı.

"Neftçi İdman Klubu” "ən kiçik turist”, "ən qocaman turist” və "ən fəal turist” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Ayşə Rzayeva (Heydər Əliyev adına NEZ), Təranə Hüseynova (Neft Kəmərləri İdarəsi) və Azər Hüseynov (Neft Kəmərləri İdarəsi) layiq görüldülər.

Qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.
“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi
“Neftçi İdman Klubu” Nabranda yarış keçirdi