Xəbərlər


Akrobatlarımız ölkə birinciliyindən medallarla ayrıldılar

İyunun 9-da start götürmüş kişi və qadın gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyinə yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən yarışda 134 gimnast bacarığını nümayiş etdirib.

Klubumuzun təmsilçiləri akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyində uğurla çıxış ediblər. Belə ki, 12-18 yaş kateqoriyasında mübarizə aparan Ayla Zakiryayeva və Aygün Əhmədovadan ibarət qadın cütlüyü turnirin qalibi adını qazanıb. 11-16 yaş kateqoriyasında Arzu Məlikzadə, Firəngiz Musayeva və Mədinə Əsədlidən ibarət qadın qrupu gümüş medala layiq görülüb. Eyni yaş kateqoriyasında mübarizə aparan Lamiyə Quliyeva – Sloan Solley – Asiman Ələsgərova qadın qrupu isə 3-cü yeri tutub.

Klubumuzu təmsil edən Rüfət Əzizov və Süleyman Səfərovdan ibarət cütlük isə 11-16 yaşlı kişi cütlükləri arasında gümüş medala yiyələnib.
Akrobatlarımız ölkə birinciliyindən medallarla ayrıldılarAkrobatlarımız ölkə birinciliyindən medallarla ayrıldılarAkrobatlarımız ölkə birinciliyindən medallarla ayrıldılar
Akrobatlarımız ölkə birinciliyindən medallarla ayrıldılar
Akrobatlarımız ölkə birinciliyindən medallarla ayrıldılar