Xəbərlər


Boksçularımız 10 medala sahib oldular

Azərbaycan Boks Mərkəzində yeniyetmələr arasında respublika birinciliyi keçirilib. 13-14 yaşlı idmançılar arasında təşkil olunan yarışda 16 çəki dərəcəsi üzrə 280 dəri əlcək ustası mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri ölkə birinciliyinin 10 medalına (1 qızıl, 2 gümüş, 7 bürünc) sahib olublar. Yeniyetmə boksçularımızdan 37 kq çəkidə çıxış edən Nihat Qurbanlı bütün rəqiblərini məğlub edib və Azərbaycan çempionu adını qazanıb. Əli İsgəndərov (48 kq) və Savalan Səfərov (65 kq) gümüş, Heybət Dadaşov (41,5 kq), Fərid Quliyev (43 kq), Xudu Suanverdiyev (48 kq), İsmayıl Gülməmmədov, Elməddin Ağayev (hər ikisi 50 kq), Sərdar Səmədzadə (56 kq) və Samir Xankişiyev (59 kq) isə bürünc medala layiq görülüblər.