Xəbərlər


Gimnastlarımız Acarıstan birinciliyində

İyunun 3-də Gürcüstanın Batumi şəhərində startı verilmiş akrobatika gimnastikası üzrə Acarıstan Muxtar Respublikasının açıq birinciliyi başa çatıb. Yarışda 12-18 yaşlı idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.

"Neftçi İdman Klubu”nun gimnastları da bu açıq birinciliyə qatılıblar və yarışdan medallarla ayrılıblar. Belə ki, Elvira Hüseynova, Tünzalə Daşdəmirova və Ceyla Zakiryayevadan ibarət qadın üçlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səmra Əsgərzadə, Mina Beydıyeva və Safiya Babayeva üçlüyü isə yarışın gümüş medalına layiq görülüb. Aygün Əhmədova və Ayla Zakiryayevadan ibarət cütlük isə qadın cütlüyü yarışlarında qalib adını qazanıb.
Gimnastlarımız Acarıstan birinciliyindəGimnastlarımız Acarıstan birinciliyindəGimnastlarımız Acarıstan birinciliyində