Xəbərlər


“Neftçi İdman Klubu”nun U-11 komandasının Gürcüstan sınağı

"Neftçi İdman Klubu”nun 11 yaşlılardan ibarət futbol komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə iştirak edib. Gürcüstan Futbol Federasiyasının ilk prezidenti Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş turnirdə komandamız qrupda Tbilisinin və Batuminin "Dinamo” komandalarına müvafiq olaraq 2:0 və 4:0 hesabı ilə qalib gəlib. Sulakvalidze Futbol Akademiyasının komandasına isə 1:2 məğlub olan kiçikyaşlı futbolçularımız qrupda 2-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıblar. Dörddəbir finalda komandamız yerli "Çempion”la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmadığından, qalibi təyin etmək üçün penaltilərə müraciət olunub. Burada gürcüstanlılar daha dəqiq olub və 2:3 hesabı ilə məğlubiyyətə uğrayan komandamız mübarizəni dayandırmalı olub.
“Neftçi İdman Klubu”nun U-11 komandasının Gürcüstan sınağı“Neftçi İdman Klubu”nun U-11 komandasının Gürcüstan sınağı“Neftçi İdman Klubu”nun U-11 komandasının Gürcüstan sınağı“Neftçi İdman Klubu”nun U-11 komandasının Gürcüstan sınağı“Neftçi İdman Klubu”nun U-11 komandasının Gürcüstan sınağı